AVRO-2020-nin təsnifat mərhələsinin pley-off oyunları ilə bağlı simulyator proqram istifadəyə verilib

AVRO-2020-nin təsnifat mərhələsinin pley-off oyunları ilə bağlı simulyator proqram istifadəyə verilib UEFA azarkeşlərə kömək məqsədilə simulyator proqramı hazırlayıb.
Futbol
4 Oktyabr , 2019 17:39
AVRO-2020-nin təsnifat mərhələsinin pley-off oyunları ilə bağlı simulyator proqram istifadəyə verilib

UEFA azarkeşlərə kömək məqsədilə simulyator proqramı hazırlayıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu buraxılış 2018/19 mövsümündə Millətlər Liqasındakı çıxışları sayəsində hansı komandaların Avropa Çempionatının Təsnifat Mərhələsinin pley-off oyunlarına vəsiqə qazana biləcəyini başa düşməkdə yardımçı olacaq. 

Noyabrın 20-də UEFA AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanacaq 24 komandadan 20-sinin adı müəyyənləşəcək. Təsnifat mərhələsinin 10 qrupunda ilk iki yeri tutan komanda gələn yay keçiriləcək final mərhələsinə adlayacaq. Digər dörd komanda isə 2020-ci ilin mart ayında keçiriləcək UEFA Avropa Çempionatının təsnifat mərhələsinin pley-off oyunları ilə müəyyənləşəcək.

Komandaların pley-off oynamaq hüququnu necə qazanacaqlarını başa düşməkdə azarkeşlərə və mediaya kömək məqsədilə UEFA istifadəçilərin qurduğu ssenarilər əsasında pley-off oyunlarına hansı komandaların vəsiqə qazanacağını göstərən simulyator proqramı (https://www.uefa.com/european-qualifiers/simulator/) hazırlanıb.

Pley-off oyunlarında 2018/19 UEFA Millətlər Liqasındakı çıxışlarına əsasən altı komanda – konkret olaraq UEFA Millətlər Liqasının finala vəsiqə qazana bilməmiş qrup qalibləri və yarışın reqlamentinin 16.03-cü maddəsinə uyğun olaraq vəsiqə qazanmış qrup qaliblərini əvəzləyən komandalar rəqabət aparacaq.

Əvvəlki pley-off oyunlarından fərqli olaraq bu dəfə pley-off oyunları “uduzan çıxır” prinsipi əsasında keçiriləcək. Hər “pley-off cığırı”nda, komandalar UEFA Millətlər Liqasının ümumi reytinq cədvəlinə əsasən 1-dən 4-ə qədər sıralanacaq. Hər “pley-off cığırı”nın yarımfinal mərhələsinin oyunları aşağıdakı formada olacaq:

* Reytinq səviyyəsi “1” olan komanda reytinq səviyyəsi “4” olan komanda ilə qarşılaşacaq

* Reytinq səviyyəsi “2” olan komanda reytinq səviyyəsi “3” olan komanda ilə qarşılaşacaq

Hər pley-off finalı üçün püşkatma noyabrın 22-də keçirilməklə hansı yarımfinal qalibinin öz meydanında oynayacağını müəyyən edəcək. Hər finalın qalibi UEFA Avro-2020-yə vəsiqə qazanacaq.

Seçmə mərhələnin hər oyun günündən sonra yeniləcək cari vəziyyətlə buradan tanış olmaq olar: ‪https://www.uefa.com/european-qualifiers/news/0254-0d40fc7db8ee-f6fe04623679-1000--play-offs-as-they-stand/

Son xəbərlər

Orphus sistemi