Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub

Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub Təqdimat mərasimi Bakı Olimpiya Stadionunda baş tutub
Futbol
1 Oktyabr , 2016 00:15
Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Sentyabrın 30-da Bakı Olimpiya Stadionunda UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosunun təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, AFFA-nın rəhbərliyi, Avro-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarının Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, tədbirin xüsusi qonağı, dünya futbolunun tanınmış simalarından biri, Avro-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimin aparıcıları tərəfindən çıxış üçün səhnəyə ilk olaraq Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov dəvət olunub. Sonra UEFA-nın prezidenti Aleksander Çeferin çıxış edib. Ardınca, indiyə qədər keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən qısa videoçarx nümayiş olunub. Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları Avro-2020-nin oyunlarının ev sahibliyinə iddia irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər. Tədbirin sonunda səhnəyə dəvət olunan akrobatların maraqlı çıxışının müşayiəti ilə UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub.

Son xəbərlər

Orphus sistemi