Yuxarı

AVRO-2020: Portuqaliya və Türkiyə bu gün növbəti oyununu keçirəcək

​AVRO-2020: Bu gün Türkiyə yığması Moldovanı qəbul edəcək

Bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsində II turun növbəti görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 oyun təşkil olunacaq.

"A" qrupunda UEFA Millətlər Liqasında qrup qaliblərindən olan Kosovo yığması Bolqarıstanı qəbul edəcək. Qonaq komandanın heyətində "Qarabağ"dan dəvət almış yarımmüdafiəçi Simeon Slavçev də yer alıb. Bu qrupun digər qarşılaşmasında Monteneqro ilə İngiltərə üz-üzə gələcək. İlk turda Bolqarıstan Monteneqro ilə 1:1 hesablı heç-heçə etdiyi halda, İngiltərə Çexiyanı darmadağın edib - 5:0. Kosovo isə rəsmi oyun keçirməyib.

"B" qrupunda Lüksemburq Ukraynanı, Portuqaliya isə Serbiyanı qəbul edəcək. İlk turda Portuqaliya Ukrayna ilə qolsuz heç-heçə etdiyi halda, Lüksemburq Litvanı 2:1 hesabı ilə udub, Serbiya isə istirahət edib.

Nəhayət, "H" qrupunda Türkiyə yığması Moldovanı, Andorra Albaniyanı, Fransa İslandiyanı qəbul edəcək. İlk turda Türkiyə səfərdə Albaniyaya qalib gəlib - 2:0. Bu görüşdən sonra Albaniya millisinin baş məşqçisi Kristian Panuççi istefaya göndərilib. "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun da yer aldığı İslandiya yığması səfərdə Andorraya eyni hesabla qalib gəlib. "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçukun çıxış etdiyi Moldova isə seçmə mərhələyə Fransaya 1:4 hesablı ev məğlubiyyəti ilə başlayıb.

AVRO-2020, seçmə mərhələ, II tur (25 mart)

"A" Qrupu

23:45. Monteneqro - İngiltərə

23:45. Kosovo - Bolqarıstan

Xal durumu: İngiltərə - 3, Monteneqro - 1, Bolqarıstan - 1, Kosovo - 0, Çexiya - 0.

"B" Qrupu

23:45. Portuqaliya - Serbiya

23:45. Lüksemburq - Ukrayna

Xal durumu: Lüksemburq - 3, Portuqaliya - 1, Ukrayna - 1, Serbiya - 0, Litva - 0.

"H" qrupu

21:00. Türkiyə - Moldova

23:45. Fransa - İslandiya

23:45. Andorra - Albaniya

Xal durumu: Fransa - 3, İslandiya - 3, Türkiyə - 3, Albaniya - 0, Andorra - 0, Moldova - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi