AVRO-2020: Bakını səsvermədə 3 fristayler təmsil edir

AVRO-2020: Bakını səsvermədə 3 fristayler təmsil edir Bu gündən AVRO-2020-nin azarkeşləri arasında fristaylerlərin seçim mərhələsinə start verilib.
Futbol
20 Avqust , 2019 15:42
AVRO-2020: Bakını səsvermədə 3 fristayler təmsil edir

Bu gündən AVRO-2020-nin azarkeşləri arasında fristaylerlərin seçim mərhələsinə start verilib.

“Report” xəbər verir ki, sentyabrın 30-na kimi davam edəcək səsvermənin şərtlərinə əsasən, https://www.uefa.com/uefaeuro-2020/your-move/ keçidinə daxil olmaq və öz şəhərinizin qalibini seçmək tələb olunur.

Bakını yarışmada 3 nəfər təmsil edir. Bunlar Nuqzar Kvirtiya, Kader Alimova və Aaron Hacıyevdir.

Qeyd edək ki, hər şəhər üzrə yalnız 2 nəfər AVRO2020-nin fristayleri olacaq və UEFA Avropa Çempionatının 60 illik yubileyi münasibətilə keçiriləcək matçlarda, fan-zonalarda, eləcə də kubok turlarında öz ölkələrini təmsil edəcək.

Səsvermədə iştirak edən hər bir azarkeş avtomatik olaraq yarışa qatılacaq. Onlar futbol köynəyi, top, həmçinin finala bilet və ya ev sahibi şəhərlərin qəbul edəcəkləri oyunlardan birini izləmək şansı qazanacaq.

AVRO- 2020-yə ev sahibliyi edəcək 12 şəhər üzrə yüzlərlə iştirakçı seçimə qatılmaq üçün martın 24-dən iyulun 29-dək küçə futbolu, fristayl və panna üzrə ən kreativ videolarını təqdim edib.

AVRO-2020-nin rəsmi fristaylerləri, eləcə də dünya rekordçuları Liv Kuk və Tobias Beks göndərilən videoların siyahısını azaldaraq ən son variantı seçim üçün azarkeşlərin ixtiyarına verib.

AVRO-2020-nin seçmə mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi