AVRO-2020: Azərbaycanla oyun ərəfəsində Slovakiyanın heyətində dəyişiklik edilib

AVRO-2020: Azərbaycanla oyun ərəfəsində Slovakiyanın heyətində dəyişiklik edilib AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandaları ilə keçirəcəyi oyun ərəfəsində Slovakiya yığmasının heyətində dəyişiklik edilib.
Futbol
12 Noyabr , 2019 09:34
AVRO-2020: Azərbaycanla oyun ərəfəsində Slovakiyanın heyətində dəyişiklik edilib

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandaları ilə keçirəcəyi oyun ərəfəsində Slovakiya yığmasının heyətində dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavel Hapal təşkil etdiyi mətbuat konfransında bildirib. 50 yaşlı mütəxəssisin sözlərinə görə, zədəli yarımmüdafiəçi Laslo Beneşi (“Borussiya”, Mönxenqladbax, Almaniya) Nikolas Şpalek (“Breşiya”, İtaliya) əvəzləyib.

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi