AVRO-2020: Azərbaycan yığmasının yer aldığı qrupda son vəsiqənin sahibi bəlli olacaq

AVRO-2020: Azərbaycan yığmasının yer aldığı qrupda son vəsiqənin sahibi bəlli olacaq Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinə yekun vurulacaq.
Futbol
19 Noyabr , 2019 07:30
AVRO-2020: Azərbaycan yığmasının yer aldığı qrupda son vəsiqənin sahibi bəlli olacaq

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, yalnız Azərbaycan yığmasının yer aldığı qrupda son vəsiqənin sahibi bəlli olacaq.

E qrupunda Azərbaycan millisi Slovakiyanın qonağı olacaq. Uels isə Macarıstanı qəbul edəcək. Bu qrupda Slovakiya Azərbaycanı məğlub etməli və digər matçın heç-heçə yekunlaşmasını gözləməlidir. Uels və Macarıstan yığmalarının duelində qalib komanda final mərhələsinə yüksələcək.

C qrupunda Almaniya və Hollandiya, G qrupunda Polşa və Avstriya, I qrupunda isə Belçika və Rusiya final mərhələsinə vəsiqəni təmin edib.

AVRO-2020

Seçmə mərhələ, X tur

19 noyabr

C qrupu

23:45. Almaniya - San Marino

23:45. Niderland - Estoniya

Xal durumu: Almaniya - 18 xal (7 oyuna), Hollandiya - 16 (7), Şimali İrlandiya - 13 (7), Belarus - 4 (8), Estoniya - 1 (7).

E qrupu

23:45. Slovakiya - Azərbaycan

23:45. Uels - Macarıstan

Xal durumu: Xorvatiya - 17 xal (8 oyuna), Macarıstan - 12 (7), Uels - 11 (7), Slovakiya - 10 (7), Azərbaycan - 1 (7).

G qrupu

23:45. Şimali Makedoniya - İsrail

23:45. Latviya - Avstriya

23:45. Polşa - Sloveniya

Xal durumu: Polşa - 22 xal (9 oyuna), Avstriya - 19 (9), Sloveniya - 14 (9), Şimali Makedoniya - 11 (9), İsrail - 11 (9), Latviya - 0 (9).

I qrupu

23:45. Belçika - Kipr

23:45. San Marino - Rusiya

23:45. Şotlandiya - Qazaxıstan

Xal durumu: Belçika - 27 xal (9 oyuna), Rusiya - 24 (9), Şotlandiya - 12 (9), Kipr - 10 (9), Qazaxıstan - 10 (9), San Marino - 0 (9).

Son xəbərlər

Orphus sistemi