Yuxarı

Avro-2016: Ukrayna Sloveniyanı məğlub edib - VİDEO

Görüş 2:0 hesabı ilə başa çatıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Ötən gün futbol üzrə “Avro-2016”nın seçmə mərhələsinin pley-off görüşləri çərçivəsində növbəti oyunlar keçirilib.

“Report” xəbər verir ki, ilk olaraq Ukrayna millisi Lvov şəhərində Sloveniya yığmasını qəbul edib.

İsveçrəli baş hakim Yonas Eriksonun idarə etdiyi matçda Ukrayna millisi rəqib komandanın qapısından 2 cavabsız top keçirib.

Komandalar arasında cavab görüşləri noyabrın 17-də keçiriləcək.

Günün ikinci oyunu İsveçdə baş tutub. Yerli komanda Danimarkanı 2:1 hesabı ilə məğlub edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi