​AVRO-2016-nı izləmək üçün Bakı Olimpiya Stadionunda monitorlar quraşdırılacaq

​AVRO-2016-nı izləmək üçün Bakı Olimpiya Stadionunda monitorlar quraşdırılacaq Azarkeşlər Fransada keçiriləcək oyunları birgə izləyə biləcəklər
Futbol
4 May , 2016 17:15
​AVRO-2016-nı izləmək üçün Bakı Olimpiya Stadionunda monitorlar quraşdırılacaq

Bakı. 4 may. REPORT.AZ/ Fransada keçiriləcək Avropa çempionatı zamanı Bakı Olimpiya Stadionunda iri monitorlar quraşdırılacaq. "Report"un məlumatına görə, bu addım Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iyunun 10-da start götürəcək turniri azarkeşlərin birgə izləməsi üçün atılıb.

Azarkeşlər stadiona gedərək iri monitorlardan Fransada keçiriləcək oyunları izləyə biləcəklər.

Qeyd edək ki, UEFA ilə imzalanan sazişə əsasən, SOCAR 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında və Fransada təşkil olunacaq AVRO-2016-da UEFA-nın rəsmi tərəfdaşı qismində çıxış edir.

Son xəbərlər

Orphus sistemi