AVRO-2016: Türkiyə - Xorvatiya matçının hakimləri açıqlanıb

AVRO-2016: Türkiyə - Xorvatiya matçının hakimləri açıqlanıb Oyun Avropa Liqasının final oyununu idarə etmiş referiyə tapşırılıb
Futbol
9 İyun , 2016 16:44
AVRO-2016: Türkiyə - Xorvatiya matçının hakimləri açıqlanıb

Bakı. 9 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında üçüncü oyun gününün təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, iyunun 12-də ilk qarşılaşma Türkiyə ilə Xorvatiya yığmaları arasında keçiriləcək.

Görüşü isveçli referi Yonas Eriksson idarə edəcək. Ona həmyerlilərindən Matias Klaseniusla Daniel Varnmark yan xətt, Stefan Yohanessonla Markus Strömberqsson əlavə köməkçi hakim qismində yardımçı olacaq. Şotlandiyalı Uilyam Kollum dördüncü hakim, irlandiyalı Damyen Makqreyt ehtiyat köməkçi hakim funksiyasını yerinə yetirəcək. Hakim-inspektor ingiltərəli Devid Ellerey, UEFA nümayəndəsi danimarkalı Sten Dahrupdur. Parisdəki "Park de Prens" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Yonas Eriksson bundan əvvəl Avropa Liqasında İspaniyanın "Sevilya" və İngiltərənin "Liverpul" komandaları arasında keçirilmiş final matçının baş hakimi olub.  

Günün digər oyunlarının təyinatları:

C qrupu

20:00. Polşa - Şimali İrlandiya

Baş hakim: Ovidiu Alin Hateqan 

Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George

Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor, Sebastian Coltesku (hamısı Rumıniya)

Dördüncü hakim: Tasos Sidiropulos

Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)

Hakim-inspektor: Vlado Şayn (Sloveniya)

UEFA nümayəndəsi: Byorn Vassallo (Malta)

Nitsa, Şəhər stadionu

D qrupu

23:00. Almaniya - Ukrayna

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld

Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (İngiltərə)

Dördüncü hakim: Robert Madden

Ehtiyat köməkçi-hakim: Frensis Konnor (hər ikisi Şotlandiya)

Hakim-İnspektor: Bo Karlsson (İsveç)

UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr)

Lill, "Pyer Moroy" stadionu.

Son xəbərlər

Orphus sistemi