Bakı. 27 mart. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində V tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 3 qrupda 9 görüş keçiriləcək.
Bunlar arasında daha çox İspaniya - Ukrayna matçı diqqət mərkəzində olacaq. Son 2 Avropa çempionatının qalibi hazırda postsovet məkanı təmsilçisi ilə bərabər sayda - 9 xal toplayıb. Bu komandalar C qrupunda 2-3-cü yerləri bölüşürlər.
Rusiya yığmasının səfərdə Çernoqoriya ilə görüşü də hər iki komanda üçün az əhəmiyyət kəsb etmir. Hazırda hərəyə 5 xala malik rəqiblər G qrupunda 3-4-cü yerləri bölüşdürürlər.
AVRO-2016. Seçmə mərhələ
27 mart
C qrupu
Makedoniya - Belarus
Baş hakim: Entoni Teylor (İngiltərə)
Skopye. II Filipp stadionu
Slovakiya - Lüksemburq
Baş hakim: Stefan Ştuder (İsveçrə)
Jilina. "Jilina" stadionu
İspaniya - Ukrayna
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sevilya. "Ramon Sançes Pizxuan" stadionu
Xal durumu: Slovakiya - 12, İspaniya, Ukrayna - hərəyə 9, Makedoniya - 3, Belarus - 1, Lüksemburq - 1.
E qrupu
İngiltərə - Litva
Baş hakim: Pavel Kralovets (Çexiya)
London, "Uembli" stadionu
Sloveniya - San Marino
Baş hakim: Oliver Draxta (Avstriya)
Lyublyana, "Stojitse" stadionu
İsveçrə - Estoniya
Baş hakim: Denni Makkelli (Hollandiya)
Lütsern, "Svissporarena" stadionu
Xal durumu: İngiltərə - 12, Sloveniya, İsveçrə, Litva - hərəyə 6, Estoniya - 4, San Marino - 1.
G qrupu
Lixtenşteyn - Avstriya
Baş hakim: Feliks Tsvayer (Almaniya)
Vaduts, "Reynpark" stadionu
Moldova - İsveç
Baş hakim: İvan Bebek (Xorvatiya)
Kişinyov, "Zimbru" stadionu
Çernoqoriya - Rusiya
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
Podqoritsa, "Qradski" stadionu
Xal durumu: Avstriya - 10, İsveç - 6, Rusiya, Çernoqoriya - hərəyə 5, Lixtenşteyn - 4, Moldova - 1.
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.