AVRO-2016-nın seçmə qrup mərhələsində bu gün daha 9 oyun keçiriləcək

AVRO-2016-nın seçmə qrup mərhələsində bu gün daha 9 oyun keçiriləcək 3 qrupda 7 vəsiqə sahibini tapa bilər
Futbol
9 Oktyabr , 2015 12:22
AVRO-2016-nın seçmə qrup mərhələsində bu gün daha 9 oyun keçiriləcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində IX turun növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutacaq. 

C qrupunda İspaniya millisini Lüksemburqla, Slovakiyanı isə Belarusla ev oyunlarında heç-heçə də qane edəcək. Ukrayna isə birbaşa vəsiqə verən ilk 2 yerdən birini iddialarını davam etdirmək üçün əsas rəqiblərinin məğlubiyyətinə ümid etməli və səfərdə Makedoniyaya qalib gəlməlidir. 

E qrupunda İngiltərə final mərhələsinə birbaşa vəsiqəni təmin edib. Britaniyalıların Estoniya ilə ev oyununda xal daha çox  qonaqlara lazımdır. Sloveniya - Litva və İsveçrə - San Marino qarşılaşmaları daha bir vəsiqənin sahibini müəyyənləşdirmək baxımından önəmlidir. 

G qrupunda qrup ideri kimi Fransaya bileti artıq əldə etmiş Avstriyanı ikinci pilləyə can atan Monteneqro ilə qarşılaşma gözləyir. Birbaşa vəsiqəyə daha yaxın olan Rusiya və İsveç isə səfərdə müvafiq olaraq, Moldova və Lixtenşteynlə üz-üzə gələcək. 

 C qrupu

23:45. İspaniya - Luksemburq

Baş hakim: Sebastyan Delferyer (Belçika)

Loqrono. "Las Qaunas" stadionu

23:45. Slovakiya - Belarus

Baş hakim: Hüseyn Göçek (Türkiyə)

Jilina. "Jilina" stadionu

23:45. Makedoniya - Ukrayna

Baş hakim: Ovidiu Alin Xetseqan (Rumıniya)

Skopye. "Makedoniyalı II Filipp" stadionu

Xal durumu: İspaniya - 21, Slovakiya - 19, Ukrayna - 16, Belarus - 7, Luksemburq - 4, Makedoniya - 3.

E qrupu

23:45. İsveçrə - San Marino

Baş hakim: Mattias Qestranius (Finlandiya)

Sankt-Qallen. "AFG Arena"

23:45. Sloveniya - Litva

Baş hakim: Byorn Keypers (Hollandiya)

Lyublyana. "Stojitse" stadionu

23:45. İngiltərə - Estoniya

Baş hakim: İştvan Vod (Macarıstan)

London. "Uembli" stadionu

Xal durumu: İngiltərə - 24, İsveçrə - 15, Sloveniya - 12, Estoniya - 10, Litva - 9, San Marino - 1.

G qrupu

23:45. Lixtenşteyn - İsveç

Baş hakim: Liran Liani (İsrail)

Vaduts. "Raynpark"

23:45. Monteneqro - Avstriya

Baş hakim: Danielo Orsato (İtaliya)

Podqoritsa. "Qradski" stadionu

23:45. Moldova - Rusiya

Baş hakim: Mixail Kukulakis (Yunanıstan)

Kişinyov. "Zimbru" stadionu

Xal durumu: Avstriya - 22, Rusiya - 14, İsveç - 12, Monteneqro - 11, Lixtenşteyn - 5, Moldova - 2.

Qeyd edək ki, Avstriya ilə İngiltərədən əlavə, təşkilatçı Fransa, eləcə də İslandiya, Çexiya, Şimali İrlandiya və Portuqaliya da AVRO-2016-nın final mərhələsində iştirak hüququna yiyələnib. 

Son xəbərlər

Orphus sistemi