Bakı. 6 iyun. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Fransada keçiriləcək futbol üzrə Avropa çempionatına getməyi planlaşdıran ukraynalı azarkeşlərə viza verilməsinə kömək etmək xahişi ilə prezident Fransua Ollanda müraciət edib.
"Report" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Obozrevatel" nəşrinin yazdığına görə, Fransa Avro-2016-nın oyunlarına getməyi planlaşdıran ukraynalı azarkeşlərə viza verilməsi ilə bağlı problem yaradıb və bir çoxları etinasız münasibət səbəbindən Avropa çempionatına getməkdən imtina etməli olacaq.