Bu gün ​AVRO-2016-nın seçmə qrup mərhələsinin daha 8 oyunu keçiriləcək

Bu gün ​AVRO-2016-nın seçmə qrup mərhələsinin daha 8 oyunu keçiriləcək Gürcüstan doğma meydanda Şotlandiya ilə qarşılaşacaq
Futbol
4 Sentyabr , 2015 11:55
Bu gün ​AVRO-2016-nın seçmə qrup mərhələsinin daha 8 oyunu keçiriləcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində VII turun növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, ikinci oyun günündə 8 görüş baş tutacaq.

Kaxaber Tsxadadzenin baş məşqçi olduğu müddətdə xal qazana bilməyən Gürcüstan millisi Şotlandiya yığmasını qəbul edəcək. Tsxadadze bu görüşə sabiq komandası Bakı "İnter"indən 2 futbolçu - Zurab Xizanişvili və Nika Kvekveskirini çağırıb. Qələbə təqdirində, qonşu ölkənin D qrupundakı mövqeyində heç bir dəyişiklik baş verməyəcək. Britaniyalıların qələbəsi isə qrupun ön pillələrində yerdəyişmələrə səbəb ola bilər. Bu, Almaniya - Polşa matçının nəticəsindən asılı olacaq. Bundestim qrupda yeganə məğlubiyyətini məhz Varşavada qonşularından alıb.

D qrupunun digər oyununda isə Almaniya və Polşa komandaları üz-üzə gələcək. Frankfurtda baş tutacaq görüş hər iki komanda üçün böyük önəm daşıyır. Qələbə qazanan komanda qrup liderliyini ələ keçirəcək. Heç-heçə isə hazırda 14 xalla liderlik kürsüsündə əyləşən Polşaya sərf edir.

Gürcüstandan da ağır durumda olan Ermənistan millisi isə Serbiyanın qonağı olacaq. Qarşılaşmanı azərbaycanlı futbolsevərlərin də yaxından tanıdıqları çexiyalı referi Miroslav Zelinka idarə edəcək. Meydan sahibləri II turda Albaniya ilə oyun zamanı baş verən məlum olaylar üzündən 3 xal itirib. Bu səbəbdən, balkanlılar oyuna -2 xalla başlayacaqlar.

Daha 2 qonşu - Macarıstanla Rumıniya isə F qrupunun mərkəzi görüşündə üz-üzə gələcək.

AVRO-2016

Seçmə qrup mərhələsi, VII tur


4 sentyabr

D qrupu

21:00. Gürcüstan - Şotlandiya

Baş hakim: Ovidiu Haţeqan (Rumıniya)

Tbilisi. Boris Payçadze adına "Dinamo Arena"

23:45. Almaniya - Polşa

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Frankfurt. Frankfurt stadionu

23:45. Cəbəllütariq - İrlandiya

Baş hakim: Mario Strahonya (Xorvatiya)

Faro-Lule (Portuqaliya). "Estadio Alqarve"

Xal durumu: Polşa - 14, Almaniya - 13, Şotlandiya - 11, İrlandiya - 9, Gürcüstan - 3, Cəbəllütariq - 0.

F qrupu

23:45. İslaniya - Şimali İrlandiya

Baş hakim: Felix Tsvayer (Almaniya)

Torşavn. "Torsvollur" stadionu

23:45. Yunanıstan - Finlandiya

Baş hakim: Sergey Boyko (Ukrayna)

Pirey. "Georgios Karaiskakis" stadionu

23:45. Macarıstan - Rumıniya

Baş hakim: Feliks Brıx (Almaniya)

Budapeşt. "Qrupama Arena"

Xal durumu: Rumıniya - 14, Şimali İrlandiya - 13, Macarıstan - 11, İslandiya - 6, Finlandiya - 4, Yunanıstan - 2.

İ qrupu

23:45. Danimarka - Albaniya

Baş hakim: Uillyam Kollum (Şotlandiya)

Kopenhagen. "Parken" stadionu

23:45. Serbiya - Ermənistan

Baş hakim: Miroslav Zelinka (Çexiya)

Novi Sad. "Karadorde" stadionu

Xal durumu: Portuqaliya - 12, Danimarka - 10, Albaniya - 10, Ermənistan - 1, Serbiya - -2

Son xəbərlər

Orphus sistemi