Yuxarı

Bu gün ​AVRO-2016-nın seçmə mərhələsində növbəti tura start veriləcək

Almaniya və Portuqaliyaya heç-heçə də kifayət edir

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsinin IX turuna start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 3 qrupda 8 qarşılaşma keçiriləcək. 

D qrupunda Gürcüstan millisi aktivində xal olmayan Cəbəllütariqlə qarşılaşacaq. Qrup lideri Almaniya İrlandiyanı sınağa çəkəcək. Final mərhələsinə yüksəlmək üçün Bundestimə heç-heçə də kifayət edəcək. Əvəzində Şotlandiya millisi ən azı "pley-off" şanslarını qorumaq üçün Polşa ilə qarşılaşmadan mütləq qalib ayrılmalıdır. 

F qrupunda liderlik uğrunda mübarizə aparan Şimali İrlandiya və Rumıniya yığmaları Yunanıstan və Finlandiyanı qəbul edəcəklər. Britaniyalılar xal itirəcəkləri təqdirdə, qrup birinciliyini əldən verə, Rumıniya isə skandinaviyalıları yenərək liderliyə yüksələ bilər. Qrupun digər oyununda Macarıstan və Farer Adaları münasibətlərinə aydınlıq gətirəcək.

İ qrupunda isə azarkeşlər daha maraqlı görüşün şahidi olacaqlar. Qrup lideri Portuqaliya özündən 3 xal geridə olan Danimarkanı sınağa çəkəcək. Bu qarşılaşmada Kriştianu Ronaldunun komandasına final mərhələsinə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Albaniya - Serbiya matçı isə öz prinsipiallığı ilə seçilir. Komandaların ilk görüşü siyası qalmaqal səbəbindən yarımçıq qalıb. UEFA isə hər iki komandanı sərt cəzalandırıb. Albaniya millisinə dəvət alanlar sırasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də var.

Qeyd edək ki, hələlik bu qrupların heç birindən final mərhələsinə vəsiqə qazanan olmayıb. İndiyədək bu hüquqa təşkilatçı Fransadan əlavə, Çexiya, İslandiya, İngiltərə və Avstriya yiyələnib. 

D qrupu

21:00. Gürcüstan - Cəbəllüttariq

Baş hakim: Sergey Boyko (Ukrayna)

Tbilisi, Boris Payçadze adına "Dinamo Arena"

23:45. İrlandiya - Almaniya

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

Dublin, "Aviva" stadionu

23:45. Şotlandiya - Polşa

Baş hakim: Viktor Kaşşay (Macarıstan)

Qlazqo, "Hempden Park"

Xal durumu: Almaniya - 19, Polşa - 17, İrlandiya - 15, Şotlandiya - 11, Gürcüstan - 6, Cəbəllüttariq - 0.

F qrupu

23:45. Macarıstan - Farer adaları

Baş hakim: Robert Şörgenhofer (Avstriya)

Budapeşt. "Qroupama Arena"

23:45. Şimali İrlandiya - Yunanıstan

Baş hakim: Bas Niyhuis (Hollandiya)

Belfast, "Vindzor Park"

23:45. Rumıniya - Finlandiya

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

Buxarest, "Milli Arena"

Xal durumu: Şimali İrlandiya - 17, Rumıniya - 16, Macarıstan - 13, Finlandiya - 10, Farer adaları - 6, Yunanıstan - 3.

İ qrupu

23:45. Albaniya - Serbiya

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Elbasan, "Elbasan Arena"

23:45. Portuqaliya - Danimarka

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Braqa, "Estadio Municipial"

Xal durumu: Portuqaliya - 15, Danimarka - 12, Albaniya - 11, Ermənistan - 2, Serbiya - 1.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 9-u və 10-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi