​AVRO-2016-nın rəsmi mahnısı hazırlanıb - VİDEO

​AVRO-2016-nın rəsmi mahnısı hazırlanıb - VİDEO Mahnı "This One’s For You" adlanır
Futbol
13 May , 2016 14:41
​AVRO-2016-nın rəsmi mahnısı hazırlanıb - VİDEO

Bakı. 13 may. REPORT.AZ/ Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı hazırlanıb. "Report"un məlumatına görə, mahnı məşhur DJ və prodüsser Devid Quetta tərəfindən ərsəyə gətirilib.

İsveçli müğənni Zara Larssonun da yer aldığı mahnıda xüsusi tətbiqetmə vasitəsilə bütün dünyadan 1 milyon azarkeş iştirak edir. Mahnı "This One’s For You" ("Bu, sizin üçündür") adlanır.

Turnirin rəsmi mahnısı "Stade de France"da keçiriləcək açılış və bağlanış mərasimində ifa olunacaq. Bundan əlavə, cütlük iyunun 9-da Parisdə Eyfel qülləsinin altında konsert proqramı ilə çıxış edəcək.

Rəsmi mahnı hər oyundan əvvəl və sonra televiziyalarda, azarkeşlərin səslərinin olduğu hissə isə hər qoldan sonra tribunalarda təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi