Yuxarı
    Bağlamaq

    AVRO-2016-nın püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib

    Fransa millisi heç bir səbətdə yer almayacaq

    Bakı. 18 noyabr. REPORT.AZ/ Futbol üzrə AVRO-2016-nın final mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib. "Report"un məlumatına görə, komandalar səbətlərə oktyabrda əsas seçmə mərhələnin yekunu olaraq, UEFA-nın açıqladığı yığma komandalar reytinqi əsasında bölünüblər.

    Fransa millisi təşkilatçı ölkə kimi A qrupunda birinci mövqeni tutacaq və püşkatmaya qatılmayacaq. Bununla əlaqədar 1-ci səbətdə 5 komanda yer alacaq. Onlar qalan 5 qrupa bölünəcəklər. Digər 3 səbətdəki hərəyə 6 komanda eyni sayda qrupa paylanacaq.

    Səbətlərin tərkibi:

    1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika

    2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna

    3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan

    4-cü səbət: Türkiyə, İrlandiya, İclandiya, Uels, Albaniya, Şimali İrlandiya

    2016-cı ilin 10 - 22 iyununda keçiriləcək qrup mərhələsinin yekununda hər qrupda ilk 2 yeri tutacaq komandalar, eləcə də 3-cü yerin sahibləri arasında 4 ən güclüsü "play-off"a yüksələcək. 25 - 27 iyunda 1/8 final, 30 iyun - 3 iyulda 1/4 final, 6-7 iyulda yarımfinal görüşləri, 10 iyulda isə final matçı keçiriləcək.

    Qeyd edək ki, Avropa çempionatının püşkatma mərasimi dekabrın 12-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi