AVRO-2016-nın "pley-off" mərhələsinin püşkü atılıb

AVRO-2016-nın "pley-off" mərhələsinin püşkü atılıb Azərbaycan Premyer Liqasında 2 oyunçusu çıxış edən Bosniya və Herseqovina millisinə İrlandiya rəqib olub.
Futbol
18 Oktyabr , 2015 15:20
AVRO-2016-nın pley-off mərhələsinin püşkü atılıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ İsveçrənin Nyon şəhərində futbol üzrə AVRO-2016-nın "pley-off" mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, Azərbaycan Premyer Liqasında 2 oyunçusu çıxış edən Bosniya və Herseqovina millisinə İrlandiya rəqib olub.

"Qəbələ"nin hücumçusu Ermin Zetslə "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin yer aldığı komanda ilk oyunu evdə keçirəcək.

Digər cütlərin tərkibi:

Ukrayna - Sloveniya

İsveç - Danimarka

Norveç - Macarıstan

İlk oyunlar 12-13-14 noyabrda adları birinci göstərilən milli komandaların öz meydanlarında, cavab görüşləri isə 15-16-17 noyabrda səfərdə keçiriləcək. Qalib komandalar 2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək Avropa çempionatına son 4 vəsiqəyə yiyələnəcəklər.

Son xəbərlər

Orphus sistemi