Yuxarı

​AVRO-2016-nın "play-off" mərhələsinin ilk turuna yekun vurulacaq

Ukrayna Sloveniya yığmasını sınağa çəkəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın "play-off" mərhələsinin daha 2 oyunu keçiriləcək. "Report"un məlumatına görə, bu oyunlarla ilk turun görüşləri yekunlaşacaq.

Günün ilk oyununda Ukrayna millisi doğma azarkeşlər önündə Sloveniyanı qəbul edəcək. Qarşılaşma Lvov şəhərinin eyniadlı arenasında keçiriləcək. Oyunu isveçli hakim Conas Eriksson idarə edəcək. Ukrayna yığması qrup mərhələsini İspaniya və Slovakiyadan sonra, Sloveniya isə İngiltərə və İsveçrədən sonra 3-cü olub.

Son oyunda isə İsveç və Danimarka yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Solna şəhərində yerləşən "Frends Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Oyunu italiyalı referi Nikola Rizzoli idarə edəcək. İsveç G, Danimarka isə G qruplarından "play-off"a vəsiqə qazanıblar.

AVRO-2016, "play-off" mərhələsi

21:00. Ukrayna - Sloveniya

Baş hakim: Conas Eriksson

Baş hakimin köməkçiləri: Matias Klasenius, Daniel Vernmark

Dördüncü hakim: Fredrik Nilsson (hamısı İsveç)

Lvov. "Lvov Arena"

23:45. İsveç - Danimarka

Baş hakim: Nikola Rizzoli

Baş hakimin köməkçiləri: Elenito Di Liberator, Mauro Tonolini

Dördüncü hakim: Andrea Padovan (hamısı İtaliya)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi