​AVRO-2016-nın final mərhələsinin püşkü atılacaq

​AVRO-2016-nın final mərhələsinin püşkü atılacaq Püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq
Futbol
12 Dekabr , 2015 10:14
​AVRO-2016-nın final mərhələsinin püşkü atılacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, püşkatma mərasimi bu gün paytaxt Parisdə keçiriləcək.

Final mərhələsində iştirak edəcək 23 komandanın yer aldığı səbətlər məlumdur. Fransa ev sahibi olduğundan A qrupunda qərarlaşıb. Bu səbəbdən güclülərin səbətində 5, digər 3 səbətdə isə 6 komanda yer alıb.

I səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika.

II səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna

III səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan

IV səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, AVRO-2016-nın final mərhələsi iyunun 10-da başlayacaq və iyulun 10-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi