Yuxarı

​AVRO-2016-nın baş hakimləri açıqlanıb

Siyahıda türkiyəli referinin də adı var

Bakı. 15 dekabr. REPORT.AZ/ Fransada keçiriləcək AVRO-2016-nın oyunlarını idarə edəcək baş hakimlər açıqlanıb. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 51 oyunda üst-üstə 18 referi iş başında olacaq.

Siyahıda türkiyəli FİFA referisi Cüneyt Çakır da yer alıb.

UEFA-nın açıqladığı siyahı belədir: Martin Atkinson (İngiltərə), Feliks Brıx (Almaniya), Cüneyt Çakır (Türkiyə), Mark Klattenburq (İngiltərə), Uilliam Kollum (Şotlandiya), Yonas Eriksson (İsveç), Ovidiu Hateqan (Rumıniya), Sergey Karasyov (Rusiya), Viktor Kassay (Macarıstan), Pavel Kralovets (Çexiya), Byörn Kuypers (Hollandiya), Simon Martsinyak (Polşa), Milorad Majiç (Serbiya), Sveyn Moen (Norveç), Nikola Ritsoli (İtaliya), Damir Skomina (Sloveniya), Kleman Turpen (Fransa), Karlos Velasko Karbalyo (İspaniya).

Qeyd edək ki, oyunları idarə edəcək hakimlər iyunun 6-da Fransaya yollanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi