​AVRO-2016: Macarıstan, İslandiya və Portuqaliya 1/8 finala vəsiqə qazanıb - VİDEO

​AVRO-2016: Macarıstan, İslandiya və Portuqaliya 1/8 finala vəsiqə qazanıb - VİDEO Portuqaliya qrup üçüncüsü olub
Futbol
22 İyun , 2016 21:55
​AVRO-2016: Macarıstan, İslandiya və Portuqaliya 1/8 finala vəsiqə qazanıb - VİDEO

Bakı. 22 iyun. REPORT.AZ/ Fransada keçirilən Avropa çempionatının "F" qrupu çərçivəsində III turun oyunlarına yekun vurulub.

"Report" xəbər verir ki, yaşıl meydanlarda Portuqaliya Macarıstanla, Avstriya isə İslandiya ilə üz-üzə gəlib.

Macarıstan- Portuqaliya matçında 3-3 hesablı nəticə qeydə alınıb və komandalar qrupda müvafiq olaraq 1 və 3-cü yerləri tutmaqla 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Oyunda Macarıstan Zoltan Gera (19), Balaj Cucakın (47, 55) qolları ilə hesabda irəli çıxsa da, hər dəfə Nani (42), Kristiano Ronaldonun (50, 62) qolları ilə hesabda tarazlıq yaranıb.

Paralel keçən qarşılaşmada İslandiya Avstriyanı son dəqiqələrdə 2:1 hesabı ilə məğlub edərək qrup ikinciliyinə yüksəlib.

Matçda Yon Bedvarsson (18), Arnor Traustason (90) və Alessandro Şopf (60) adını tabloya yazdırıb.

Son xəbərlər

Orphus sistemi