​AVRO-2016: İtaliya millisi Belçikanı məğlub edib - VİDEO

​AVRO-2016: İtaliya millisi Belçikanı məğlub edib - VİDEO Matç Apennin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb
Futbol
14 İyun , 2016 00:52
​AVRO-2016: İtaliya millisi Belçikanı məğlub edib - VİDEO

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatında "E" qrupunun oyunlarına start verilib.

"Report" xəbər verir ki, hazırda qrup çərçivəsində İtaliya millisi Belçika ilə qarşılaşır.

Oyun Fransanın Lion şəhərində keçirilir. Matçın hakimlər heyəti İngiltərədəndir. Qarşılaşmanı Mark Klattenburq idarə edir.

Qarşılaşmada hesab oyunun 32-ci dəqiqəsində açılıb. Emanuel Ciakkerini Bonuccinin hava ötürməsini iki toxunuşla qola çevirib - 1:0. Oyunun artırma dəqiqələrində Graziano Pelle son nöqtəni qoyub - 2:0.

Son xəbərlər

Orphus sistemi