​AVRO-2016: İtaliya İspaniyanı məğlub edərək ¼ finala çıxıb - VİDEO

​AVRO-2016: İtaliya İspaniyanı məğlub edərək ¼ finala çıxıb - VİDEO Görüş Apennin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib
Futbol
27 İyun , 2016 21:52
​AVRO-2016: İtaliya İspaniyanı məğlub edərək ¼ finala çıxıb - VİDEO

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən Avropa çempionatının növbəti 1/8 final görüşü keçirilib.

"Report" xəbər verir ki, "erkən final" adlandırılan oyunda İtaliya İspaniya ilə qarşılaşıb.

Görüş italyanların hücumları ilə başlayıb və bu, 33-cü dəqiqədə öz səmərəsini verib: Corc Kiellini qapıçının cərimə zərbəsindən qaytardığı topu tora daxil edib.

Matçın ikinci hissəsində ispanlar təzyiqi artırsalar da, bu bir nəticə verməyib. Əvəzində ispanları əks hücumda yaxalayan İtaliya oyuna əlavə olunmuş dəqiqələrdə hesabı 2:0-a çatdırıb. Qraziano Pelle fərqlənib.

İtaliya 1/4 finalda son dünya çempionu Almaniya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi