Yuxarı
    Bağlamaq

    "Avro-2016": Futbol üzrə Türkiyə millisi Çexiya yığmasına qalib gəlib - VIDEO

    Futbol üzrə Avro-2016nın seçmə mərhələsi çərçivəsində doqquzuncu tura yekun vurulub.

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində doqquzuncu tura yekun vurulub.

    Günün ən maraqla gözlənilən qarşılaşması "A" qrupunda Praqadakı "Generali Arena"da keçirilib. 

    Görüşün 62-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən Türkiyə millisinin futbolçusu Selçuk İnan hesabı açıb. 

    Görüşün 80-ci dəqiqəsində Hakan Çalhanoğlu hesab arasındakı fərqi artırıb. 

    Beləliklə, Türkiyə millisi 2:0 hesabı ilə qalib gələrək pley-off mərhələsinə adlamağa daha da yaxınlaşıb.

    Azərbaycan millisinin də yer aldığı "H" qrupunda Xorvatiya millisi Zaqrebdəki Maksimir stadionunda Bolqarıstan kollektivini qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Xorvatiya 3:0 hesablı qələbə qazanıb.

    "B" qrupunda İsrail və Kipr futbolçuları üz-üzə gəliblər. Portuqaliyalı hakim Manuel de Sousanın idarə etdiyi oyun Kipr millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

    Bu qrupun digər oyunda Andorra millisi Belçika yığmasını qonaq edib. Qonaq komandanın üstünlüyü şəraitində keçən görüşdə Belçika yığması 4:1 hesablı qələbə qazanıb. 

    Bosniya və Herseqovina və Uels komandaları da "B" qrupunda üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Bosniya və Herseqovina millisi 2:0 hesabı ilə qalib gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi