AVRO-2016: Daha 3 oyunun hakimləri müəyyənləşib

AVRO-2016: Daha 3 oyunun hakimləri müəyyənləşib Ansi Aqollinin komandasının oyunu ispaniyalı referiyə tapşırılıb
Futbol
8 İyun , 2016 18:01
AVRO-2016: Daha 3 oyunun hakimləri müəyyənləşib

Bakı. 8 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında daha 3 oyunun hakimləri açıqlanıb.

"Report"un məlumatına görə, həmin qarşılaşmalar iyunun 11-də keçiriləcək.

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin yer aldığı Albaniya yığmasının A qrupunda İsveçrə ilə görüşünü ispaniyalı referi Karlos Velasko Karbalyo idarə edəcək. Ona həmyerlilərindən Roberto Alonso Fernandeslə Xuan Karlos Yuste Ximenes yan xətt, Xesus Gil Manzano ilə Karlos Del Serro Qrande əlavə köməkçi hakim qismində yardımçı olacaq. Dördüncü hakim Pol van Bukel, ehtiyat köməkçi hakim Ervin Zeinstra (hər ikisi Hollandiya) təyin edilib. Hakim-inspektor isveçli Bo Karlsson, UEFA nümayəndəsi şotlandiyalı Alan Makraydır.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Günün digər oyunlarının hakimləri:

11 iyun 

B qrupu:

20:00. Uels - Slovakiya

Baş hakim: Sveyn Oddvar Moen

Yan xətt hakimləri: Kim Tomas Haqlund, Frank Andas

Əlavə köməkçi hakimlər: Ken Henri Yonsen, Sveyn Erik Edvartsen (hamısı Norveç)

Dördüncü hakim: Aleksey Kulbakov

Ehtiyat köməkçi-hakim: Vitali Malutsin (hər ikisi Belarus)

Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)

UEFA nümayəndəsi: Svetlana Xrınkeviç (Belarus)

23:00. İngiltərə - Rusiya

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Tasos Sidiropulos

Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)

Hakim-inspektor: Herbert Fandel (Almaniya)

UEFA nümayəndəsi: Roland Albert Ospelt (Lixtenşteyn).

Son xəbərlər

Orphus sistemi