Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son 2 oyunu keçiriləcək. "Report"un məlumatına görə, daha çox İtaliya - İspaniya dueli diqqət mərkəzində olacaq.
Günün ilk qarşılaşması erkən final da adlandırılır. Elə AVRO-2012-nin finalında da bu komandalar üz-üzə gəlib. Həmin vaxt İspaniya qalib olub - 4:0. Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək. Bu yığmalar arasında keçirilmiş əvvəlki matçlarda qələbə sayı bərabərdir - hərəyə 10. Qalan 14 görüş heç-heçə ilə nəticələnib.
İlk pley-off mərhələsinə yekun vuracaq İngiltərə - İslandiya matçı isə tarixi olacaq. Bu yığmalar hazırkı turnirdə ilk dəfə üz-üzə gələcəklər. İslandiyalılar ilk dəfə "pley-off"da qüvvələrini sınayacaqlar. İngiltərə millisi isə vətəndən kənarda heç vaxt Avropa çempionatının "pley-off"unda qalib gələ bilməyib.
1/8 final oyunları
27 iyun
20:00. İtaliya - İspaniya
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahəttin Duran, Tarık Onqun
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək
Ehtiyat köməkçi-hakim: Maykl Mullerkey
Dördüncü hakim: Martin Atkinson (hər ikisi İngiltərə)
23:00. İngiltərə - İslandiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Ehtiyat köməkçi-hakim: Roberto Alonso Fernandes
Dördüncü hakim: Karlos Velasko Karbalyo (hər ikisi İspaniya)
Qeyd edək ki, bu görüşlərin qalibləri 1/4 finalda müvafiq olaraq, Almaniya və Fransa ilə qarşılaşacaq. Növbəti mərhələnin digər iki cütünü isə Belçika - Uels və Polşa - Portuqaliya görüşləri təşkil edəcək.