​AVRO-2016: Almaniya və Polşa "play-off"a vəsiqə qazanıb - VİDEO

​AVRO-2016: Almaniya və Polşa "play-off"a vəsiqə qazanıb - VİDEO "C" qrupunda 3-cü tura yekun vurulub
Futbol
21 İyun , 2016 22:11
​AVRO-2016: Almaniya və Polşa play-offa vəsiqə qazanıb - VİDEO

Bakı. 21 iyun. REPORT.AZ/ Fransada keçirilən Avropa çempionatında "C" qrupunun son matçları oynanılıb.

"Report" xəbər verir ki, çempionatın 3-cü turu çərçivəsində Almaniya Şimali İrlandiyanı, Polşa isə Ukraynanı məğlub edib.

Hər iki oyunda 1:0 hesablı nəticə qeydə alınıb və Almaniya və Polşa "play-off" mərhələsinə vəsiqə qazanıb.

Almaniyanın heyətində Mario Gomez (30-cu dəqiqə), Polşada isə Yakub Blaşikovski (54) fərqlənib.

Yekun nəticəyə görə, Almaniya və Polşa hərəyə 7 xal toplayıb, Şimali İrlandiya 3 xalla üçüncü pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmaq şanslarını saxlayır. Ukrayna isə aktivində 0 xal ilə turnirə vida edib.

Son xəbərlər

Orphus sistemi