AVRO-2016: Açılış oyununun hakimləri müəyyənləşib

AVRO-2016: Açılış oyununun hakimləri müəyyənləşib Fransa və Rumıniya yığmaları arasındakı qarşılaşmanı macarıstanlı hakimlər idarə edəcək
Futbol
8 İyun , 2016 00:27
AVRO-2016: Açılış oyununun hakimləri müəyyənləşib

Bakı. 8 iyun. REPORT.AZ/ Futbol üzrə AVRO-2016-nın açılış oyununun hakimləri açıqlanıb.

"Report"un məlumatına görə, iyunun 10-da Fransa və Rumıniya yığmaları arasında keçiriləcək qarşılaşmanı macarıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Viktor Kaşşaiyə Dyord Rinq və Ventsel Tot yan xətt, Tamaş Boqnar və Adam Farkaş əlavə köməkçi hakim qismində kömək edəcək. Ehtiyat hakimlər isə hollandiyalı Byorn Kuyperslə Sander van Rukeldir.

Qeyd edək ki, Sen-Denidəki "Stad de France"da keçiriləcək Fransa - Rumıniya matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi