Yuxarı

Avrasiya İttifaqına üzv ölkələrin futbolçuları Rusiyada legioner sayılmaya bilər

Bakı. 20 fevral. REPORT.AZ/ Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin futbolçuları Rusiya Premyer Liqasında (RPL) legioner sayılmaya bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə RPL-in prezidenti Sergey Pryadkin bildirib. 

Avrasiya İqtisadi İttifaqına Rusiya ilə yanaşı, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan üzvdür.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın idman naziri Pavel Kolobkov növbəti mövsümdən Belarus futbolçularının Rusiyada legioner sayılmayacaqlarını açıqlayıb. Hazırda bu ölkənin idmançıları Kontinental Hokkey Liqasında əcnəbi statusu daşımırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi