Bakı. 17 yanvar. REPORT.AZ/ Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin futbolçularının legioner statusu ləğv oluna bilər. "Report"un məlumatına görə, bu barədə Rusiyanın idman naziri Vitali Mutko açıqlama verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda federasiya rəsmilərinin iştirakı ilə məsələyə baxılacaq. V.Mutko bildirib ki, müvafiq qərar qəbul olunsa, məsələyə UEFA müdaxilə edə bilməz: "Çünki bu, dövlətin qanunudur".
Hazırda Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Rusiya, Belarus, Qazaxıstan və Ermənistandır. Mayın 29-da isə bu siyahıya Qırğızıstan da əlavə olunacaq.
Qeyd edək ki, Rusiya Premyer Liqasında ittifaqa üzv ölkələrdən 19 legioner futbolçu çıxış edir.