Avrasiya İttifaqına üzv ölkələrin futbolçuları legioner sayılmaya bilər

Avrasiya İttifaqına üzv ölkələrin futbolçuları legioner sayılmaya bilər Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin futbolçularınin legioner statusu ləğv oluna bilər
Futbol
17 Yanvar , 2015 14:43
Avrasiya İttifaqına üzv ölkələrin futbolçuları legioner sayılmaya bilər

Bakı. 17 yanvar. REPORT.AZ/ Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin futbolçularının legioner statusu ləğv oluna bilər. "Report"un məlumatına görə, bu barədə Rusiyanın idman naziri Vitali Mutko açıqlama verib. 

Onun sözlərinə görə, yaxın vaxtlarda federasiya rəsmilərinin iştirakı ilə məsələyə baxılacaq. V.Mutko bildirib ki, müvafiq qərar qəbul olunsa, məsələyə UEFA müdaxilə edə bilməz: "Çünki bu, dövlətin qanunudur". 

Hazırda Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Rusiya, Belarus, Qazaxıstan və Ermənistandır. Mayın 29-da isə bu siyahıya Qırğızıstan da əlavə olunacaq. 

Qeyd edək ki, Rusiya Premyer Liqasında ittifaqa üzv ölkələrdən 19 legioner futbolçu çıxış edir. 

Son xəbərlər

Orphus sistemi