Autsayder "Qəbələ"yə uduzan "Sabah" sonuncu pilləyə düşüb

Autsayder "Qəbələ"yə uduzan "Sabah" sonuncu pilləyə düşüb Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Futbol
14 Sentyabr , 2019 22:20
Autsayder Qəbələyə uduzan Sabah sonuncu pilləyə düşüb

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, həftənin ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Elmar Baxşiyevin "qırmızı qaralar"ın baş məşqçisi kimi rəsmi debüt etdiyi qarşılaşmanın taleyini Roman Hüseynovun 47-ci dəqiqədə vurduğu qol həll edib.

Beləliklə, ardıcıl 3 məğlubiyyətdən sonra qələbə qazanan "Qəbələ" 7-ci pilləyə yüksəlib. Hesabında 2 xalı olan "Sabah" isə sonuncu yerə düşüb.

Qeyd edək ki, həftənin ilk oyununda "Zirə" "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi