"Atletiko" "Real" matçında fanatın hücumu nəticəsində mühafizəçi kor olub

"Atletiko" "Real" matçında fanatın hücumu nəticəsində mühafizəçi kor olub Hadisə oyunun əsas vaxtının bitməsinə 10 dəqiqə qalmış baş verib
Futbol
21 Noyabr , 2017 06:48
Atletiko  Real matçında fanatın hücumu nəticəsində mühafizəçi kor olub

Bakı. 21 noyabr. REPORT.AZ/ İspaniya çempionatında XII turun "Atletiko" - "Real Madrid" matçının keçirildiyi "Metropolitano" stadionunda mühafizəçisi fanatın hücumuna məruz qalıb.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, hadisə stadion yaxınlığında oyunun əsas vaxtının bitməsinə 10 dəqiqə qalmış baş verib.

Mühafizəçi və stüardlar stadionu biletsiz tərk etmək istəyən azarkeşi tutmağa çalışıblar. Bu zaman fanat mühafizəçilərdən birinin üz nahiyəsinə güclü yumruq zərbəsi vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Sonradan məlum olub ki, onun bir gözü görmə qabiliyyətini itirib.

"Atletiko" hadisədən sonra qaçmağa müyəssər olan fanatın tapılması üçün polisə müraciət edib.

Son xəbərlər

Orphus sistemi