"Atletiko"nun kapitanı "Qarabağ"la oyundan sonra Avroliqa barədə dediyi təhqiramiz ifadəni geri götürüb

"Atletiko"nun kapitanı "Qarabağ"la oyundan sonra Avroliqa barədə dediyi təhqiramiz ifadəni geri götürüb "Həmin vaxt komandamız üçün çətin an idi, indi isə öz sözlərimi udmalıyam"
Futbol
17 May , 2018 09:35
Atletikonun kapitanı Qarabağla oyundan sonra Avroliqa barədə dediyi təhqiramiz ifadəni geri götürüb
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubunun kapitanı Qabi "Qarabağ"la futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin oyunundan sonra dediyi sözləri geri götürüb.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi Fransa "Marsel"ini 3:0 hesabı ilə yendikləri Avropa Liqasının final matçından sonra açıqlama verib. O, 2017-ci il oktyabrın 31-də Azərbaycan komandası ilə heç-heçə etdikdən sonra Avroliqa barədə səsləndirdiyi təhqiramiz fikirləri "udub". Qabi Avroliqanın final matçında vacib qələbə qazandıqlarını bildirib: "Bu qələbə bizə top səviyyədə qalmaq imkanı verdi. Biz Avropanın ən yaxşı komandalarından biriyik. Demişdim ki, "Atletiko" əzab çəkməyi bacarır. Bu oyunu lazımi vaxtda "öldürdük". Avroliqa barədə "it nəcisi" ifadəmə gəldikdə, bunu dediyim vaxt komandamız üçün çətin an idi. İndi isə öz sözlərimi udmalıyam".

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda qolsuz heç-heçə etdikdən sonra öz meydanında da qələbə qazana bilməyib - 1:1. Nəticədə İspaniya klubu C qrupunda 3-cü yeri tutaraq, mübarizəni Avroliqada davam etdirməli olub. 

Son xəbərlər

Orphus sistemi