"Atletiko"nun futbolçusunun "Qarabağ"la matç zamanı davranışı etirazlara səbəb olub

"Atletiko"nun futbolçusunun "Qarabağ"la matç zamanı davranışı etirazlara səbəb olub Fanatlar Yannik Karraskonu əvəzlənən zaman meydandan çıxmağa tələsmədiyi üçün qınayırlar
Futbol
20 Oktyabr , 2017 15:52
Atletikonun futbolçusunun Qarabağla matç zamanı davranışı etirazlara səbəb olub

Bakı. 20 oktyabr. REPORT.AZ/ İspaniyanın “Atletiko” komandasının futbolçusu Yannik Karraskonun Çempionlar Liqasının III turunda “Qarabağ”la səfər matçı zamanı davranışı azarkeşlərin etirazına səbəb olub.

“Report” "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan oyunun 72-ci dəqiqəsində Anxel Korrea ilə əvəzlənən zaman meydanı tərk etməyə tələsməyib. İspaniyalı azarkeşlər hesab edirlər ki, “Atletiko”nun qələbə qolunu vurmaq üçün vaxta ehtiyacı olduğu halda, belçikalı oyunçunun bu davranışı qəbuledilməzdir.

Tanınmış ispaniyalı jurnalist Xulio Maldonado da daxil olmaqla, bir çox şəxs “Twitter” hesablarında belçikalı futbolçunu tənqid ediblər.

Qeyd edək ki, “Atletiko” “Qarabağ”la qolsuz bərabərə qalmaqla, qrupdan çıxma şanslarını çətinə salıb. Madrid təmsilçisi hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb və 2-ci sıradakı “Roma”dan 3 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi