"Atletiko"nun futbolçusu "Qarabağ"la oyunda zədələnib

"Atletiko"nun futbolçusu "Qarabağ"la oyunda zədələnib Braziliyalı müdafiəçiyə budun arxa səthinin zədələnməsi diaqnozu qoyulub
Futbol
2 Noyabr , 2017 17:46
Atletikonun futbolçusu Qarabağla oyunda zədələnib

Bakı. 2 noyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsində IV turun “Qarabağ”la oyunu zamanı İspaniya “Atletiko”su futbolçu itkisi ilə üzləşib.

“Report” Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Felipe Luis oktyabrın 31-də Ağdam komandasına qarşı matçda xəsarət alıb. 32 yaşlı sol cinah müdafiəçisi ayağından narahatlıq hiss etdiyindən, tibbi müayinədən keçib. Ona budun arxa səthinin zədələnməsi diaqnozu qoyulub.

Braziliyalı futbolçu fizioterapevt nəzarəti altında müalicə alacaq.

Qeyd edək ki, Felipe Luis “Qarabağ”la matçda 90 dəqiqə meydanda olub.

Son xəbərlər

Orphus sistemi