"Atletiko"nun futbolçusu: "Çalışacağıq ki, "Qarabağ"a erkən qol vuraq"

"Atletiko"nun futbolçusu: "Çalışacağıq ki, "Qarabağ"a erkən qol vuraq" "Ölüm-dirim matçı olacaq"
Futbol
17 Oktyabr , 2017 17:33
Atletikonun futbolçusu: Çalışacağıq ki, Qarabağa erkən qol vuraq
Report/ Firi Salim

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Atletiko"nun formasını geyinmək özü bir motivasiyadır. Ölüm-dirim matçı olacaq. Yaxşı köklənmişik".

"Report" xəbər verir ki, bunu İspaniyanın "Atletiko” komandasının futbolçusu Saul Nyiqes Çempionlar Liqasının (ÇL) III turu çərçivəsində "Qarabağ”a qarşı keçirəcəkləri matçı şərh edərkən söyləyib.

23 yaşlı yarımmüdafiəçi bildirib ki, bütün oyunlarda komandaya xeyir verməyə çalışır. Saul "Qarabağ"la matçda müsbət nəticə əldə edəcəklərinə inandığını ifadə edib: "Şəhəri gəzməyə elə də vaxtımız olmayıb. Lakin bir neçə il qabaq burda olmuşam. Xoş təəssüratlarım var. Yenə deyirəm, ölüm-dirim matçı olacaq. Müsbət nəticə qazanmağa çalışacağıq".

- "Atletiko" bu tip rəqiblərə qarşı çətinlik çəkir. Bu baxımdan "Astana" misalı var...

- Bu cür təcrübə bizdə var. Rəqib evdə oynayır. Çoxlu qaçacaqlar. Lakin biz sərfəli nəticə üçün çalışacağıq.

- ÇL-də ilk iki oyunda nəticə yaxşı olmadı. Bu təzyiq qarşıdakı oyuna təsir edə bilər?

- Biz özümüzü çətin vəziyyətə salmışıq, özümüz də çıxmalıyıq. Çalışacağıq ki, ilk dəqiqələrdən qol vuraq.

- Dieqo Simeone əvvəllər sizin mövqeyinizdə oynayıb. Bu baxımdan, baş məşqçinin sizin inkişafınızda nə dərəcə rolu olub?

- Ona təşəkkür edirəm. Simeonenin dövründə oyanamağa başladım. Etimadını qazanmaq üçün əlimdən gələni edirəm.

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi