"Atletiko"nun azarkeşi İspaniya Kuboku matçından əvvəl bıçaqlanıb

"Atletiko"nun azarkeşi İspaniya Kuboku matçından əvvəl bıçaqlanıb Hadisə "Sevilya" fanatları ilə toqquşma zamanı baş verib
Futbol
18 Yanvar , 2018 10:24
Atletikonun azarkeşi İspaniya Kuboku matçından əvvəl bıçaqlanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Madrid "Atletiko"sunun azarkeşi "Sevilya" ilə İspaniya Kubokunun ilk 1/4 final matçından əvvəl bıçaqlanıb.

"Report"un məlumatına görə, insident oyunun keçirildiyi "Metropolitano" stadionu yaxınlığında baş verib. 22 yaşlı azarkeş rəqib komanda fanatları ilə toqquşma zamanı kürək, əl və baldırından bıçaq yaraları alıb. Bildirilir ki, onun kürəyindəki yara dərindir və daxili orqanlarını zədələyə bilər. Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, oyun "Atletiko"nun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Cavab görüşü yanvarın 23-də Sevilyada olacaq.   

Son xəbərlər

Orphus sistemi