Bakı. 7 mart. REPORT.AZ/ Avropa Liqasının 1/8 mərhələsində Rusiyanın "Lokomotiv" klubu ilə matçdan öncə İspaniyanın "Atletiko Madrid" klubunun mağazası qarət olunub.
"Report"un məlumatına görə, bu barədə "Marka" nəşri məlumat yayıb.
"Vanda Metropolitano" stadionunda yerləşən mağazadan 4 naməlum şəxs oğurluq edib. Oğrular mağazadan polo köynəklər, şərflər və digər əşyalar götürüblər. Cinayətkarlar mağazaya oğurluq avtomobillə daxil olub və hadisə yerindən qaçıblar.