"Atletiko Madrid" klubunun mağazası qarət olunub

"Atletiko Madrid" klubunun mağazası qarət olunub Oğrular mağazadan polo köynəklər, şərflər və digər əşyalar götürüblər
Futbol
7 Mart , 2018 18:11
Atletiko Madrid klubunun mağazası qarət olunub

Bakı. 7 mart. REPORT.AZ/ Avropa Liqasının 1/8 mərhələsində Rusiyanın "Lokomotiv" klubu ilə matçdan öncə İspaniyanın "Atletiko Madrid" klubunun mağazası qarət olunub. 

"Report"un məlumatına görə, bu barədə "Marka" nəşri məlumat yayıb. 

"Vanda Metropolitano" stadionunda yerləşən mağazadan 4 naməlum şəxs oğurluq edib. Oğrular mağazadan polo köynəklər, şərflər və digər əşyalar götürüblər. Cinayətkarlar mağazaya oğurluq avtomobillə daxil olub və hadisə yerindən qaçıblar.

Son xəbərlər

Orphus sistemi