Madrid “Atletiko”sunun futbolçusu qarət olunub

Madrid “Atletiko”sunun futbolçusu qarət olunub Soyğunçu Kokenin təxmini dəyəri 70 min dollar olan saatını aparıb
Futbol
7 Aprel , 2017 17:13
Madrid “Atletiko”sunun futbolçusu qarət olunub

Bakı. 7 aprel. REPORT.AZ/ İspaniyanın “Atletiko” klubunun futbolçusu Koke Madirddə qarət olunub. 

“Report”un “El Mundo” nəşrinə istinadən verdiyi məlumata görə, əlində tapança olan naməlum şəxs 25 yaşlı yarımmüdafiəçinin avtomobilinə yaxınaşaraq, saatını əlindən alıb.

Bundan sonra soyğunçu motosikletlə hadisə yerindən uzaqlaşıb. Koke isə insidentlə bağlı polisə ərizə ilə müraciət edib.

Aksessuarın təxmini dəyəri 70 min dollardır.

Qeyd edək ki, Koke 2009-cu ildən “Atletiko”da çıxış edir.

Son xəbərlər

Orphus sistemi