Yuxarı
    Bağlamaq

    "Atletiko" ilə matç “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq

    45 yaşlı mütəxəssis 75-ci oyununa çıxacaq

    Bakı. 18 oktyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Atletiko” ilə matç “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.

    “Report” xəbər verir ki, 45 yaşlı mütəxəssis 75-ci oyununa çıxacaq. 2007-ci ildə “Neftçi”nin baş məşqçisi kimi Avstriyada “Rid”ə qarşı görüşdə debüt edən Q.Qurbanov “ağ-qaralar”la 2, Ağdam komandası ilə isə 72 qitəmiqyaslı qarşılaşmada iştirak edib.

    Qeyd edək ki, “Qarabağ” bu oyunlardan 31-də qələbə qazanıb, 22 dəfə məğlub olub. “Neftçi” isə səfərdə “Rid”ə 1:3 uduzsa da, evdə 2:1 hesabı ilə qalib gəlib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi