İspaniyanın məşhur klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

İspaniyanın məşhur klubu baş məşqçisi ilə müqaviləni yeniləyib Bakı. 14 fevral. REPORT.AZ/ İspaniyanın Atletiko(Madrid) klubu baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini uzadıb.
Futbol
14 Fevral , 2019 20:19
İspaniyanın məşhur klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

Bakı. 14 fevral. REPORT.AZ/ İspaniyanın "Atletiko"(Madrid) klubu baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2022-ci ilə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Argentinalı məşqçinin müqaviləsi 2020-ci ilin iyun ayına kimi mövcud idi.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İspaniya çempionu, İspaniya Super Kuboku, iki dəfə Avropa Liqasını, iki dəfə isə UEFA Super Kubokunun qalibi olub. 

Son xəbərlər

Orphus sistemi