"Atletik" klubunun futbolçusu Avropa Liqasında ilkə imza atıb

"Atletik" klubunun futbolçusu Avropa Liqasında ilkə imza atıb Arits Aduris Belçika təmsilçisi "Genk" ilə oyunda beş qoldan üçünü penaltidən vurub
Futbol
4 Noyabr , 2016 15:13
Atletik klubunun futbolçusu Avropa Liqasında ilkə imza atıb

Bakı. 4 noyabr. REPORT.AZ/ İspaniyanın "Atletik" futbol klubunun hücumçusu Arits Aduris UEFA Avropa Liqasında Belçika təmsilçisi "Genk" ilə oyunda beş qol vurub.

"Report" xəbər verir ki, bununla o, sözügedən turnirin tarixində bunu bacaran ilk futbolçu olub.

"Atletik"in 5:3 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada A.Aduris beş qoldan üçünü penaltidən vurub.

Avropa Liqasının 2009-ci ildə təsis edilməsindən sonra heç bir futbolçu bir oyunda beş qol vuraraq penta-trik edə bilməyib. Avropa Liqasının sələfi olan UEFA Kubokunda isə iki futbolçu penta-trik etməyə müvəffəq olub: 1984-cü ildə "Ayaks"ın hücumçusu Marko van Basten "Red Boys" (Lüksemburq) ilə oyunda, 1992-ci ildə isə "Napoli"nin futbolçusu Daniel Fonseka "Valensiya" ilə qarşılaşmada beş dəfə fərqlənib.

Ümumilikdə avrokuboklarda buna qədər 14 futbolçu penta-trik edib. UEFA Kubokunda Marko van Basten və Daniel Fonsekanın bacardığını Çempionlar Kubokunda Uve Ulsson, Bent Levkvist, Joze Altafini, Rey Krouford, Nikola Kotkov, Florian Albert, Pol van Himst, Gerd Müller, Klaudio Sulser və Soren Lerbyu, Çempionlar Liqasında isə Lionel Messi və Luis Adriano həyata keçirib.

Son xəbərlər

Orphus sistemi