"Atletik" klubu Bakıya 21 futbolçu və 20 azarkeşlə gəlir

"Atletik" klubu Bakıya 21 futbolçu və 20 azarkeşlə gəlir Gürcüstandan da bir qrup ispan azarkeşin gəlişi gözlənilir
Futbol
4 Avqust , 2015 14:38
Atletik klubu Bakıya 21 futbolçu və 20 azarkeşlə gəlir

Bakı. 4 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda "İnter"in qonağı olacaq İspaniyanın "Atletik" (Bilbao) klubu Bakıya bu gün gələcək. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, komanda yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00-da) Azərbaycan paytaxtında olacaq.

6 saatlıq uçuşdan sonra "Atletik" Heydər Əliyev adına Beynəlxalq Hava Limanından birbaşa "Flame Towers" hotelinə yollanacaq. Klub nümayəndələri və futbolçulardan əlavə "Atletik"in 20 azarkeşi də "İnter Arena"da komandalarını dəstəkləyəcək. Bundan başqa qonşu Gürcüstandan da bir qrup ispan azarkeşin gəlişi gözlənilir.

Artıq baş məşqçi Ernesto Valverdenin Bakıya gətirəcəyi heyət açıqlanıb. İspaniya komandası cavab görüşünə 21 futbolçu ilə gəlir:

Qapıçılar: 1.Qorki İraisos, 13.Yaqo Errerin, 26.Alexandro Remiro

Müdafiəçilər: 3.Qorka Elustondo, 24.Mikel Balensiaqa, 18.Karlos Qurpegi, 16.Xabyer Exeyta, 4.Aymerik Lyaport, 6.Mikel San-Xose, 30.İnyiqo Lekue Martines

Yarımmüdafiəçilər: 2.Eneko Boveda, 5.Xavyer Eraso, 7.Benyat Eçebarria, 10.Oskar De Markos, 14.Markel Susaeta, 23.Ager Akexe,

Hücumçular: 11.İbay Qomes, 21.Borxa Vigera, 20.Arits Aduris, 22.Gilyermo, 27.Sabin Merino

Qeyd edək ki, avqustun 6-da "İnter Arena"da keçiriləcək "İnter" - "Atletik" matçı saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi