Bakı. 15 Avqust. REPORT.AZ/ "Atletik" İspaniya Superkubokunun 1-ci oyununda "Barselona"nı böyükhesablı məğlubiyyətə uğradıb.
"Report" xəbər verir ki, Bilbaoda baş tutan qarşılaşma ev sahiblərinin 4:0-lıq qələbəsi ilə başa çatıb.
Cavab qarşılaşması avqustun 17-də Barselonada keçiriləcək.
İspaniya Superkuboku. Final
"Atletik" (Bilbao) – "Barselona" (Barselona) – 4:0
Qollar: San-Xose, 13 (1:0); Aduris, 53 (2:0); Aduris, 62 (3:0); Aduris, 68 (4:0, pen).