"Atalanta"nın futbolçusu "Yuventus"a transfer olub

"Atalanta"nın futbolçusu "Yuventus"a transfer olub İtaliyanın Atalanta klubunun futbolçusu Deyan Kulusevski Yuventusa keçib.
Futbol
3 Yanvar , 2020 10:16
Atalantanın futbolçusu Yuventusa transfer olub

İtaliyanın "Atalanta" klubunun futbolçusu Deyan Kulusevski "Yuventus"a keçib.

"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin transferi üçün "Qoca Sinyora" 35 milyon avro ödəyib. Bu məbləğ müxtəlif bonuslar hesabına daha 9 milyon avro arta bilər. Kulusevski mövsümün ikinci yarısını ötən yaydan bəri analoji şərtlərlə çıxış etdiyi "Parma"da keçirəcək. O, "Yuventus"la 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Deyan Kulusevski bu mövsüm "Parma"da 19 oyuna 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 2019-cu ildə o, İsveç yığmasının heyətində Farer adalarına qarşı AVRO-2020-nin seçmə oyununda debüt edib.

Son xəbərlər

Orphus sistemi