Yuxarı
    Bağlamaq

    "Astra"nın kapitanı: "Bilirdik ki, bizi Bakıda çox çətin oyun gözləyir"

    Amma lazım olan nəticəni əldə etməyi bacardıq

    Bakı. 21 iyul. REPORT.AZ/ "Bilirdik ki, bizi Bakıda çox çətin oyun gözləyir. Amma lazım olan nəticəni əldə etməyi bacardıq".

    Bunu "Report"a açıqlamasında Rumıniya "Astra"sının kapitanı Aleksandru Stan Bakıda "Zirə" ilə 0:0 hesablı heç-heçə etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

    28 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisini yaxşı komanda kimi dəyərləndirsə də, cütlüyün qalibi kimi mərhələ adlamalarına sevindiklərini vurğulayıb.

    Stan Avroliqanın III təsnifat mərhələsində qarşılaşacaqları Ukrayna "Aleksandriya"sı barədə də danışıb:

    "Artıq qarşıda bizi Ukrayna komandası ilə növbəti sınaq gözləyir. Heyətimizin qısa zamanda yığılmasına və gənc oyunçuların çoxluq təşkil etməsinə baxmayaraq, çalışacağıq ki, Avropa Liqasında qrup mərhələsinə düşək".

    "Astra" ilk görüşdə 3:1 hesabı ilə qalib gəldiyi üçün "Zirə"ni üstələyərək, mərhələ adlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi