Astorinin ölümünə görə İtaliya çempionatının bütün oyunları təxirə salınıb

Astorinin ölümünə görə İtaliya çempionatının bütün oyunları təxirə salınıb Bu gün 27-ci tur çərçivəsində "Milan" – "İnter" derbisi də keçirilməli idi
Futbol
4 Mart , 2018 16:50
Astorinin ölümünə görə İtaliya çempionatının bütün oyunları təxirə salınıb

Bakı. 4 mart. REPORT.AZ/ İtaliya A Seriyasının 27-ci turunun bu gün keçirilməli olan 7 matçının hamısı "Fiorentina"nın kapitanı Davide Astorinin ölümünə görə təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə "Football Italia" nəşr məlumat yayıb.

Otuz bir yaşlı futbolçunun meyiti bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında aşkar edilib. O, yuxudan ayılmayıb. Oyunçunun hazırda adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir.

Bu gün 27-ci tur çərçivəsində "Milan" – "İnter" derbisi ilə yanaşı "Cenoa" — "Kalyari", "Udineze" — "Fiorentina", "Torino" — "Krotone", "Benevento" — "Verona", "Atalanta" — "Sampdoriya" və "Kyevo" — "Sassuolo" matçlarının keçirilməsi planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi