AŞPA FIFA-nı DÇ-2022 seçkisinin nəticələrini ləğv etməyə çağırıb

AŞPA FIFA-nı DÇ-2022 seçkisinin nəticələrini ləğv etməyə çağırıb Çempionata təşkilatçılıq uğrunda mübarizədə Qətərin qalib gəldiyi ölkələrdən biri məhz İngiltərə olub
Futbol
27 Yanvar , 2015 17:39
AŞPA FIFA-nı DÇ-2022 seçkisinin nəticələrini ləğv etməyə çağırıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsi FIFA-nı Qətərdə təşkil olunacaq 2022-ci il dünya çempionatına ev sahibi seçkisinin nəticələrini ləğv etməyə çağırıb. 

"Report"un AŞPA-nın rəsmi "twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, komitənin hesabatında mundialın təşkilatçısını müəyyənləşdirmək üçün keçirilən seçkilərin böyük sayda qayda pozuntusu və qeyri-qanuni pul ödənişləri ilə müşayiət olunduğu bildirilir. 

AŞPA-nın bu məsələ ilə bağlı məruzəçisi qismində britaniyalı Maykl Konnarti çıxış edib. Mövzunun müzakirəsinin təşəbbüskarı da məhz birləşmiş krallıq olub. Hesabat AŞPA-nın 20 - 24 apreldə keçiriləcək plenar iclasında müzakirə olunacaq. İclasa FIFA prezidenti Yozef Blatter də dəvət olunacaq. 

Qeyd edək ki, 2022-ci il dünya çempionatına təşkilatçılıq uğrunda mübarizədə Qətərin qalib gəldiyi ölkələrdən biri məhz İngiltərə olub. 

Son xəbərlər

Orphus sistemi